Tramp vitse-prezidenti Tiflisə göndərir

Tramp vitse-prezidenti Tiflisə göndərir
  30 İyun 2017    Oxunub:1382
ABŞ prezidenti Donald Trampın tapşırığı əsasında 30 iyun - 2 iyul tarixlərində vitse-prezident Mayk Pens Estoniya, Gürcüstan və Monteneqroya səfər edəcək.
AzVision.az “apsny.ge” saytına istinadən xəbər verir ki, Pens Gürcüstana səfəri zamanı ölkə prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək.

Bundan əlavə, onun "Noble Partner" hərbi təlimlərində iştirak edən amerikalı və gürcüstanlı hərbçilərlə görüşəcəyi gözlənilir.

Pens Estoniyada Baltik ölkələrinin rəhbərləri - Estoniya, Latviya və Litva prezidentləri Kerstu Kalyuland, Raymondos Veyonis və Dalya Qribauskayte ilə görüşlər keçirəcək.

Monteneqroda isə ABŞ-ın vitse-prezidenti bu ölkənin prezidenti Filip Vuyanoviç və baş nazir Duşko Markoviçlə görüşəcək Qərbi Balkan ölkələrinin başçıları ilə birlikdə Adriatik Xartiyanın sammitinə qatılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Gürcüstan   ABŞ  





Xəbər lenti