Trampın müsəlmanlarla bağlı qadağası qüvvəyə mindi

Trampın müsəlmanlarla bağlı qadağası qüvvəyə mindi
  30 İyun 2017    Oxunub:1698
ABŞ prezidenti Donald Trampın miqrantlar haqqında imzaladığı qanun bu gündən qüvvəyə minib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu gündən etibarən İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ABŞ-da girişi qadağandır.
Yeni şərtlərə görə viza qadağası tətbiq olunan 6 ölkənin vətəndaşları səfər üçün yaxın qohumlarının (valideyn, uşaq, arvad, kürəkən, gəlin, bacı ya qardaş) ABŞ-da yaşadığını sübut etməli olacaqlar.

Qadağa 4 ay qüvvədə qalacaq.

Həmçinin qaçqınların ABŞ ərazisində 120 gün qalmasına imkan verən proqramın da icrasına son verilib.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Miqrant  





Xəbər lenti