Azərbaycan vətəndaşı Kim Çen Indan cavab gözləyir

Azərbaycan vətəndaşı Kim Çen Indan cavab gözləyir
  30 İyun 2017    Oxunub:10088
Bu gün Rusiyalı turistlər teploxod vasitəsilə Vladivastokdan Şimali Koreyanın Radjin limanına gedəcəklər.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Rusiyadan Radjin limanına həyata keçirilən ilk səfərdir.
Məlumata görə, Şimali Koreyaya səfərə hazırlaşanlar arasında Azərbaycan vətəndaşı da var.

“Biz bu gün bir neçə nəfərdən ibarət ilk turist qrupunu yola salacağıq. Onlar səyahətin, ekskursiyanın, yaşayış, qidalanma və sığortanın pulunu ödəyiblər. 6 nəfərlik növbətin qrupun 14-20 iyul tarixlərində səfərə göndərilməsi gözlənilir. Bu qrupun tərkibində Belarus və Azərbaycan vətəndaşları da olacaq. Birinci şəxsə Şimali Koreyaya daxil olmaq icazəsi verilib, ikinci ilə bağlı isə Şimali Koreya rəhbərliyinin qərarını gözləyirik”, - şirkət nümayəndəsi deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Şimali-Koreya   Turist  





Xəbər lenti