Avropa İttifaqına Estoniya sədrlik edəcək
Bununla bağlı Brüsseldə Estoniya baş naziri Yuri Rattas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federika Moqerini və ittifaqın digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.
Estoniya quruma sədrliyi dövründə əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələləri müəyyən edib.
Eldar Tanrıverdiyev
AzVision.az