Avropa Helmut Kolla vidalaşır

  01 İyul 2017    Oxunub : 842
Avropa Helmut Kolla vidalaşır
Almaniyanın sabiq kansleri Helmut Kolla rəsmi vida mərasimi başlayıb.
AzVision.azTASS-a istinadən xəbər verir ki, mərasim Avropa Parlamentinin Strasburq şəhərindəki binasında keçirilir.

Vida mərasimi Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin təşəbbüsü ilə təşkil olunub. Mərasimdə dünyanın müxtəlif ölkələrindən və təşkilatlarından 40 nümayəndə heyəti iştirak edir.

Mərasim başa çatdıqdan sonra sabiq kanslerin cənazəsi Almaniyanın Şpayer şəhərinə aparılacaq. Orada Şpayer İmperiya Kilsəsində yas mərasimi keçiriləcək və bundan sonra kanslerin nəşi şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Helmut Kol 16 il müddətində - 1982-1998-ci illərdə AFR-in kansleri postunu tutub, 1990-cı ildə birləşmiş Almaniyanın ilk rəhbəri olub. O, bu il iyunun 16-da 87 yaşında vəfat edib.

AzVision.az

Teqlər: Almaniya   Avropa   Helmut-Kol