Gecə klubunda atışma - 28 yaralı (Yenilənib)

Gecə klubunda atışma - 28 yaralı (Yenilənib)
  02 İyul 2017    Oxunub:2781
ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərindəki "Power Ultra Lounge" klubunda baş vermiş atışmada yaralıların sayı artıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 nəfər odlu silahdan açılan atəşdən yaralanıb. Daha üç nəfər isə digər xəsarət alıb.

Qeyd edək ki, hadisə iyulun 1-ə keçən gecə konsertin qonaqları arasında münaqişə zamanı baş verib.

***
ABŞ-ın Arkanzas ştatında atışma baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, gecə klubunda baş verən atışma zamanı 17 nəfər yaralanıb. İnsident zamanı ölən olmayıb.

Litl Rok şəhərində insanlara atəş açan şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: ABŞ   Gecə-klubu   atışma  





Xəbər lenti