Türkiyə 20 min döyüşçü ilə Suriyada yeni əməliyyata hazırlaşır

Türkiyə 20 min döyüşçü ilə Suriyada yeni əməliyyata hazırlaşır
  03 İyul 2017    Oxunub:2479
Türkiyənin dəstəklədiyi Müxalif Azad Suriya Ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin nəzarətindəki Afrinə hücuma hazırlaşır.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ilk hədəf Tel Rifat şəhəri və Minnak hərbi hava bazasıdır.

Hücum əməliyyatına başlanılması ilə bağlı hazırlıqlar başa çatıb. Müxalif Azad Suriya Ordusu “Fərat qalxanı” əməliyyatında olduğu kimi yeni əməliyyat da Türkiyə ordusunun dəstəyi ilə həyata keçirəcək.

Sultan Murad taborunun komandiri Fehim İsa bildirib ki, Afrin əməliyyatı Əl-Bab şəhərinin mühasirəyə alınması əməliyyatından daha asan keçəcək. Çünki Müxalif Azad Suriya Ordusu “Fərat qalxanı” çərçivəsində Əl-Bab əməliyyatına 5 min döyüşçü cəlb etmişdisə, artıq müxalif döyüşçülərin sayı 20 min nəfərə çatıb. F. İsa deyib ki, PYD/YPG terror təşkilatı Suriyanın ərazi bütövlüyünü təhdid edir və terrorçular bu torpaqlardan təmizlənəcək.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   Əməliyyat  





Xəbər lenti