Helikopter qəzaya uğrayıb - 8 nəfər ölüb

Helikopter qəzaya uğrayıb - 8 nəfər ölüb
  03 İyul 2017    Oxunub:1511
İndoneziyanın Yava adasında xilasedici helikopter qəzaya uğrayıb.
AzVision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, qəza nəticəsində 8 nəfər həlak olub.

Məlumata görə, helikopter təxliyə zonasına uçarkən qəzaya uğrayıb.

Qeyd edək ki, ötən gün Mərkəzi Yava əyalətində vulkan püskürüb. Vulkan təqribən 50 metr hündürlüyə kül püskürüb, nəticədə azı 10 turist müxtəlif dərəcəli xəsarətlər alıb.

AzVision.az



Teqlər: Helikopter   Qəza  





Xəbər lenti