Azərbaycanlılarla əfqanlar arasında atışma olub? - Yenilənib

Azərbaycanlılarla əfqanlar arasında atışma olub?
 - Yenilənib
  03 İyul 2017    Oxunub:1833
"Azərbaycan vətəndaşının iştirakı ilə Odessada atışma olmayıb, bu barədə KİV-də yayılmış məlumat həqiqəti əks etdirmir".
AzVision.az xəbər verir ki, bu barədə "Report"un Ukrayna bürosuna Odessa patrul polisinin mətbuat xidmətinin rəhbəri Alla Marçenko bildirib.

"İyulun 2-də gecə saatlarında patrul xidmətinə atışma xəbəri ilə bağlı çağırış daxil olub. Ekipaj üzvləri hadisə yerinə gələn zaman orada heç bir atəş, silah və ya dava izi olmayıb. Gənclər arasında kiçik şifahi münaqişə yaşanıb, elə onların özləri də məsələni aralarında həll ediblər", - A.Marçenko deyib.

Odessa patrul polisinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, jurnalistlər münaqişəsi barədə məlumatı "rəngarəngləşdirməyə" çalışıblar.

Xatırladaq ki, daha əvvəl Ukrayna KİV-i Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olduğunu yazıb.

***
(12:32)

Ötən gün axşam saatlarında Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında silahlı insident olub.

AzVision.az golos.ua-ya istinadən xəbər verir ki, atışmanın səsi şəhərin Azadlıq meydanında eşidilib.

Məlumata əsasən tərəflərin mübahisəsi atışma ilə nəticələnib. Ölən və xəsarət alanlar barədə məlumat verilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Azərbaycan   Atışma  





Xəbər lenti