Nazarbayev Rusiya və Ukraynanı barışığa çağırdı

Nazarbayev Rusiya və Ukraynanı barışığa çağırdı
  03 İyul 2017    Oxunub:1423
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna rəhbərliyini danışıqlar prosesində iştirak etməyə çağırıb.

AzVision.az “Moskovski Komsomolets”-ə istinadən xəbər verir ki, Nazarbayev Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
“Ukraynanın cənub-şərqində baş verən hadisələr ölkələr arasında qarşıdurma və qeyri-konstruktiv mübahisə ilə nəticələnib”, - deyə Qazaxıstan prezidentinin yaydığı bəyanatda bildirilib.

Nazarbayevin sözlərinə görə, mövcud vəziyyət onda təəssüf hissi oyadır. O, həmçinin əlavə edib ki, dinc danışıqlar yolunun alternativi yoxdur: “Qazaxıstan bu dialoqun başlaması üçün bütün gücünü nümayiş etdirməyə hazırdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qazaxıstan   Nazabayev   Rusiya   Ukrayna   Putin   Poroşenko  





Xəbər lenti