Tramp Putinlə bu məsələləri müzakirə edəcək

Tramp Putinlə bu məsələləri müzakirə edəcək
  03 İyul 2017    Oxunub:1484
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Suriya və Ukraynadakı vəziyyətə xüsusi diqqət ayıracaq.

AzVision.az xəbər verir ki, bunu “CNN”-ə açıqlamasında Tramp Administrasiyasında olan mənbə bildirib.
Qeyd edilib ki, Tramp Putinlə Suriyadakı hərbi vəziyyəti və Rusiyanın prezident Bəşər Əsədə dəstək verməsi məsələsini müzakirə etmək niyyətindir. Bundan əlavə, ABŞ prezidentinin Rusiyanın Ukraynadakı fəaliyyəti ilə bağlı Putinlə müzakirə aparacağı gözlənilir.

Telekanalın məlumatına görə, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məsələ böyük ehtimalla görüşdə qaldırılmayacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü iyulun 7-də keçiriləcək. Görüş Hamburqda keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Tramp   Putin   Rusiya   Suriya  





Xəbər lenti