Vətəndaşlar MSK-ya daha çox nə üçün müraciət edirlər?

Vətəndaşlar MSK-ya daha çox nə üçün müraciət edirlər?
  05 Sentyabr 2013    Oxunub:963
Seçki hüququ ilə bağlı sualları olanlar daha çoxdur.
MSK-nın qaynar xəttinə edilən müraciətlərlə bağlı statistika aparılır. AzVision.az-a bu barədə Mərkəzi Seçki Komissiyanın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, qaynar xətt 115-ə zəng edənlərin müraciəti müxtəlif olur.

“Müraciət edənlərin heç də hamısı seçici siyahıları ilə bağlı müraciət etmirlər. Seçki hüququ ilə bağlı sualları olanlar daha çoxdur”-deyə, A.Sarıyev qeyd edib.

Qeyd edək ki, Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) “Qaynar xətt” yaradılıb.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti