Başına 1 milyon mükafat qoyulan terrorçu öldürülüb

Başına 1 milyon mükafat qoyulan terrorçu öldürülüb
  04 İyul 2017    Oxunub:1133
Türkiyənin təhlükəsizlik qüvvələri başına 1 milyon lirə pul mükafatı qoyulan terrorçunu məhv edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Bingöl vilayətində keçirilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışmada 11 terrorçu məhv edilib. Öldürülənlər arasında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan və başına 1 milyon lirə pul mükafatı qoyulmuş "Asut Star" ləqəbli, S.C. adlı terrorçu da var.

"Asut Star" ayrı-ayrı vaxtlarda jandarm qüvvələrinə qarşı terror hücumlarında və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsində iştirak edib.

AzVision.az


Teqlər: Türkiyə   PKK   Terror  





Xəbər lenti