Deputatlardan Əkrəm Əylisliyə cəza təklifləri - SİYAHI

Deputatlardan Əkrəm Əylisliyə cəza təklifləri - SİYAHI
  01 Fevral 2013    Oxunub:1061
Milli Məclisin bu gün keçirilən iclasında xalq yazıçısı Əkrəm Əylisinin qalmaqallı "Daş yuxular" romanına qarşı etirazlar səsləndirilib.
Məlumata görə, YAP-ın sədr müavini, deputat Əli Əhmədov bildirib ki, Əkrəm Əylisinin bu əsəri erməni ideologiyasına xidmət edir: “Əkrəm Əylisli Azərbaycan xalqının heysiyyətinə toxunub. Onun nə xalq yazıçısı adını, nə də “İstiqlal” ordenini daşımağa haqqı yoxdur. O, açıq-aşkar erməni işğalına və erməni separatizminə haqq qazandırır. Əylisli bu ziyanlı əsəri ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı əsassız iddialarına zəmin yaradır. Bu kitabın Azərbaycanda heç vaxt nəşr olunmayacaq".
Deputat Musa Quliyev isə deyib ki, Ə.Əylislinin romanı Azərbaycanın milli mədəni dəyərlərini aşağılayan əsərdir: "Bu, ermənilərin işğal siyasətinə faktiki olaraq bəraət qazandırmaqdır. Əylisli faktiki olaraq Naxçıvan və Qarabağı “erməni torpağı" kimi təqdim edir. O, ermənilərin saxtakarlığını həqiqət kimi təqdim etməyə çalışır".
Deputat Zahid Oruc isə bildirib ki, əsər faşizmi təbliğ edir və ermənilərin qəsbkarlığına haqq qazandırır: "Özümüzdən olan qəlpələr başqalarının qəlpələrindən daha təsirli olacaq. Ona görə yazıçının bu əsəri fəlakət törədəcək. Biz çağırış etmirik ki, Əylislini çarmıxa çəkmək lazımdır. Amma ölüm mələyi bir gün çiyninə qonanda onun tabutu bu millətin çiynində ola bilməyəcək".
Qənirə Paşayeva deyib ki, ermənilər gələcəkdə Əkrəm Əylislinin kitabını əllərində tutub sübut kimi göstərəcəklər: “Üstəlik, bir romanın içində öz xalqını təhqir etmək heç vaxt qəbuledilməzdir”. Q.Paşayeva Ə.Əylislinin əsəri ilə bağlı böyük təəssüf hissi keçirdiyini bildirərək, digər həmkarlarının bu barədə dediklərini dəstəkləyib.
Deputat Əhməd Vəliyev isə Əkrəm Əylisinin azərbaycanlı olub-olmamasının, genetik kodunun və psixoloji durumunun araşdırılmasını təklif edib: “Çünki inanmıram ki, kökü saf olan adam belə işlər görə bilər. Tək Əylisli yox, bütün anti-Azərbaycan təbliğatı aparanların bu durumunu yoxlamaq üçün ya qanun qəbul olunsun, ya da bir proqram tətbiq olunsun”.
Nizami Cəfərov bildirib ki, Əkrəm Əylisli nə etdiyini bilən adamdı, etdikləri isə dəqiq nankorluqdur: “Əsərin ideyası məlumdur: Azərbaycan xalqını aşağılamaq. O bu əsəri yazdığı vaxt deputat idi və düzgün o olardı ki, əsər o vaxt ortaya çıxarardı. Təklif edirəm ki, Əkrəm Əylisi Azərbaycan vətəndaşlığından məhrum edilsin. Qoy getsin İrəvanda kilsədə nökər işləsin. Başqa yolu yoxdur”.


Teqlər:





Xəbər lenti