Dünyada acların sayı kəskin artıb
Bildirilib ki, bu tendensiya 25 ildə aclıqla mübarizə üzrə əldə edilən inkişafa xələl gətirir. Xüsusilə qida təhlükəsizliyi sahəsində çətin vəziyyət Şimal-Şərqi Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə müşahidə olunur. Bu ölkələrdə 20 milyon insan aclıqdan əziyyət çəkir.
FAO-nun baş direktoru Joze Qrasiona İdarə heyətinin iclasında bildirib ki, dünyada aclıqdan əziyyət çəkən insanların 60 faizi münaqişə və ya iqlim dəyişikliyinin müşahidə edildiyi ölkələrdə yaşayır.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


