Çində güclü daşqınlar: 56 ölü, 22 yaralı
Daşqınlarla əlaqədar yerli qurumlar 8 vilayət və muxtar rayonda 100 minlərlə insanı təxliyə edib. Ümumilikdə təbii fəlakət nəticəsində iqtisadiyyata 18 milyard yuan (2,65 milyard dollar) zərər vurulub.
Daşqınlar nəticəsində 19 mindən çox ev dağılıb, 189 min ev, həmçinin 668,2 milyon hektardan çox əkin sahələri zərər görüb.
Çində güclü yağıntıların bazar gününə qədər davam edəcəyi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az