İsmət Abbasov xəlvəti bal yarmarkasına gedib

İsmət Abbasov xəlvəti  bal yarmarkasına gedib
  06 Sentyabr 2013    Oxunub:1329
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov KİV nümayəndələrinin iştirakı olmadan, heç bir xəbərdarlıq etmədən Dənizkənarı bulvarın yaxınlığında yerləşən Dəniz vağzalının salonunda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına baş çəkib.

Nazir yaradılmış şəraitlə yerində tanış olub, bal istehsalçıları və alıcılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb, ölkəmizdə arıçılığın inkişafı ilə bağlı məsləhət və tövsiyələrini verib.

Yarmarkadakı qiymətlərlə də maraqlanan İsmət Abbasov sahibkarlardan bal da alıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti