Ermənipərəst senator həbs edilib - Korrupsiya cinayəti

Ermənipərəst senator həbs edilib - Korrupsiya cinayəti
  06 İyul 2017    Oxunub:1449
Fransanın Yuxarı Sena departamentindən olan ermənipərəst senator Filip Kaltenbax iki il müddətinə azadlıqdan məhrum edilib.

Ermənipərəst senator korrupsiya əməlinə görə cəzalandırılıb. O, sosial mənzilin üçüncü şəxsə verilməsini vəd edərək nağd pul almaqda ittiham olunub.
İttihamları rədd edən F.Kaltenbax bunun onun rəqibi olan qonşu kəndin meri Filip Pemezekin əməli olduğunu iddia edib. Lakin onun nağd pul alması gizli kameralarla qeydə alınıb.

Ermənipərəst senator növbəti seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. (AzərTAc)

AzVision.az


Teqlər: Fransa   Senator   Erməni   Həbs  





Xəbər lenti