Rusiyadan Alxanlıdakı erməni vəhşiliyinə reaksiya - VİDEO

Rusiyadan Alxanlıdakı erməni vəhşiliyinə reaksiya - VİDEO
  06 İyul 2017    Oxunub:5494
Rusiyanın Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya atəşinə tutması nəticəsində iki dinc sakinin həlak olması, bir nəfərin isə yaralanması ilə bağlı hadisəyə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, XİN-nin mətbuat xidməti Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, iyulun 4-də təmas xəttində atəşkəs yenidən pozulub. Atəşkəs itkilərlə, o cümlədən dinc əhalinin, uşağın ölümü ilə nəticələnib:

“Ölənlərin yaxınlarına başsağlığı veririk. Dağlıq Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyir”.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qarşıdan gələn toplantısında Rusiyanın münaqişənin həlli ilə bağlı yeni təkliflər təqdim edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən M.Zaxarova vəziyyətin gərginləşməsi halında onu nizamlama halına qaytarmaq üçün hər şey edildiyini bildirib: “Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni xüsusi nəzarətdə saxlayır. Rusiya gələcəkdə də bu yolla davam edəcək”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Zaxarova   Zəhra   Alxanlı   Təxribat  





Xəbər lenti