Ərəb ölkələrindən Qətərə növbəti xəbərdarlıq

Ərəb ölkələrindən Qətərə növbəti xəbərdarlıq
  06 İyul 2017    Oxunub:2408
Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı ölkələrin xarici işlər nazirlərinin Qahirədə keçirilən görüşü ilə bağlı birgə bəyanat veriblər.Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumat görə, bəyanatda deyilir:
- 5 İyul 2017-ci il tarixində Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı xarici işlər nazirlərinin Qahirədə görüşüb, Qətər Dövlətinin ekstremizmə və terrorçuluğa dəstək verməyi, Ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi və onun Ərəb milli təhlükəsizliyi, eləcə də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən siyasətinin dayandırması ilə bağlı göstərilən səylər ətrafında danışıqlar apardılar.

Bu dörd dövlət beynəlxalq saziş, nizamnamə, qətnamələrdə, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı və beynəlxalq terrorizmlə mübarizə üzrə konvensiyaların nizamnamələrində nəzərdə tutulan prinsiplərə riayət olunmasının vacibliyinə əsaslanan mövqeyini vurğulayaraq, aşağıdakı prinsipləri qeyd etdilər:

1) Bütün formalarda ekstremizm və terrorizmlə mübarizə öhdəliyinə əməl etmək və onların maliyyələşdirilməsinin və ya təhlükəsiz sığınacaqlarla təmin edilməsinin qarşısını almaq.

2) Bütün növ qızışdırıcı işləri, nifrət və zorakılığa çağıran çıxışları dayandırmaq.

3) Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində 2013-cü ildə imzalanan Riyad Sazişi, 2014-cü ildəki Əlavə Saziş və onun icra mexanizminə tam riayət etmək.

4) 2017-ci ilin may ayında Riyadda keçirilmiş Ərəb, İslam-ABŞ Sammitinin bütün qərarlarına əməl etmək.

5) Dövlətlərin daxili işlərinə qarışmamaq və qanundankənar xarici qurumlara dəstək verməkdən imtina etmək.

6) Beynəlxalq ictimaiyyətin bütün dövlətlərinin beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən ekstremizmin və terrorizmin bütün növlərinə qarşı mübarizə aparmaq məsuliyyəti.

Dörd ölkə vurğulayıb ki, ekstremizm və terrorizmə dəstək vermək və ərəb ölkələrinin daxili işlərinə qarışmaq məsələsi çək-çevir edilə və ya və süründürülə bilməz. Qətər Dövlətinə verilən tələblər, yuxarıda sadalanan altı prinsipə riayət olunmasını təmin etmək, ərəb milli maraqlarını gözləmək, beynəlxalq təhlükəsizlik və sülhün qorunması, ekstremizm və terrorizmlə mübarizə aparılması, regiondakı böhranlarının siyasi həllinə nail olmaq üçün müvafiq şəraitin yaradılması çərçivəsində irəli sürülüb. Ona görə də Qətər Dövlətinin oynadığı dağıdıcı rola dözmək mümkün deyil.

Dörd ərəb ölkəsi vurğuladı ki, onlar tərəfindən görülən və görüləcək tədbirlər Qətər Dövlətinin beynəlxalq hüququn öhdəliklərini pozması, ərəb dövlətlərinin işlərinə davamlı müdaxiləsi, ekstremizmə və terrorizmə verdiyi dəstəyin nəticəsidir. Bütün bunlar bölgənin təhlükəsizliyini təhdid edir.

Dörd ölkə, Qətər Dövləti ilə böhranı həll etmək üçün göstərdiyi səylərə görə Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əs-Sabaha təşəkkürlərini bildirib, həmçinin Qətər Dövlətindən gələn mənfi cavaba görə öz təəssüflərini ifadə ediblər. Bu həmin ölkənin səhlənkarlığını, problemin kökünə qeyri-ciddi yanaşmasını, öz siyasət və davranışlarını yenidən gözdən keçirməməsini və vəziyyətin nə dərəcədə ciddi olduğunu anlamadığını göstərir.

Dörd ölkə ərəb xalqları arasındakı əlaqələrin əhəmiyyətini və Qətər xalqına dərin hörmətini vurğulayaraq, ümid edir ki, hikmət üstün gələcək və Qətər Dövləti doğru qərar qəbul edəcək.

Dörd ölkə regionda siyasi böhranların sülh yolu ilə həllinə səy göstərən bir tərəfdaş kimi, beynəlxalq ictimaiyyətin ekstremizmin və terrorizmin dəstəklənməsinə son vermək üçün məsuliyyət daşıdığını və ekstremizm və terrorçuluğun həyata keçirilməsi, dəstəklənməsi və ya maliyyələşdirilməsi ilə məşğul olan hər hansı bir şəxs və ya quruma beynəlxalq ictimaiyyətdə yer olmadığını vurğulayıb.

Bu çərçivədə, dörd ölkə, ekstremizm və terrorizmi dəstəkləməsinə dərhal son qoyulması və aradan qaldırılmasına, bu məsələdə hər hansı bir tərəfin hər hansı bir pozuntunun dözülməz olduğuna dair ABŞ prezidenti Donald Trampın qətiyyətli mövqeyinə görə ona təşəkkürlərini ifadə etdilər. Nazirlər vəziyyəti izləmək və növbəti görüşlərinin Manamada keçirməsi ilə bağlı razılığa gəldilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qətər   Misir   böhran   BƏƏ  





Xəbər lenti