Beş istiqamətdə atəşkəs pozulub

Beş istiqamətdə atəşkəs pozulub
  06 Sentyabr 2013    Oxunub:986
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti