4 yaşlı qızı elektrik cərəyanı öldürdü

4 yaşlı qızı elektrik cərəyanı öldürdü
  06 Sentyabr 2013    Oxunub:1018
Xaçmazda 4 yaşlı qız elektrik cərəyanı vurması nəticəsində ölüb.
AzVision.az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Xaçmaz rayonu, Yalama qəsəbə sakini 2009-cu il təvəllüdlü İbrahimova Nərmin Rafiq qızını elektrik cərəyanı vurub.

Hadisə nəticəsində 4 yaşlı körpə dünyasını dəyişib. Onun cəsədi meyitxanada müayinə edildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.


Teqlər:





Xəbər lenti