Milli Şura seçkilərdə qalib gəlməyəcək
Eks-spiker Cəmil Həsənlinin namizədliyini dəstəkləsə də, onun prezident ola bilməyəcəyi qənaətindədir: “Cəmil Həsənlinin prezident seçkisini udacağına inanmıram. Mən qeyd etdim ki, Cəmil Həsənlini dəstəkləyəcəyəm, demədim ki, onun udacağına inanıram. Sadəcə olaraq bəzi adamların “Rəsul Quliyev qoymadı, yoxsa Cəmil Həsənli prezident seçiləcəkdi” kimi cəfəngiyatının əvvəlcədən qarşısını almaq istəyirəm”, - deyə R.Quliyev vurğulayıb.
Qeyd edək ki, Milli Şurada təmsil olunmasına baxmayaraq, Rəsul Quliyev quruma qarşı əks münasibət sərgiləyir. (modern.az)