3 nəfəri döyüb, təyyarəni qaçırmaq istədi - ABŞ-da insident

3 nəfəri döyüb, təyyarəni qaçırmaq istədi - ABŞ-da insident
  07 İyul 2017    Oxunub:1752
“Delta Аir Lines” aviaşirkətinin Sietldən (Vaşinqton) Pekinə uçan təyyarəsində sərnişin üç nəfəri yaralayıb və pilotun kabinəsinə daxil olmağa çalışıb.
AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, hadisə cümə axşamı baş verib. Məlumata əsasən, insident “Boeing 767” sərnişin təyyarəsinin havaya qalmasından sonra qeydə alınıb.

İnsanları yaralayan şəxs saxlanılıb. Pilot hadisə ilə bağlı hava limanına geri qayıtmaq barədə qərar qəbul edib.

Təyyarə yerli vaxtla 19:40-da hava limanına geri dönüb. Saxlanılan şəxs Sietl pols əməkdaşlarına təhvil verilib.

İnsident nəticəsində iki sərnişin və bir ekipaj üzvü yaralanıb. Lakin onların aldığı xəsarətlərlə bağlı məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Təyyarə  





Xəbər lenti