Azərbaycan Ermənistandan 63 pillə irəlidədir - Təhlükəsizlik reytinqi

Azərbaycan Ermənistandan 63 pillə irəlidədir - Təhlükəsizlik reytinqi
  07 İyul 2017    Oxunub:1743
BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada kibertəhlükəsizliyə dair son durumu özündə əks etdirən Global Cybersecurity Index hesabatını açıqlayıb.
AzVision.az xəbər verir ki, hesabata əsasən, dünya ölkələrin yalnız 38%-də hakerlərdən müdafiəni təmin edən etibarlı kibertəhlükəsizlik sistemi qurulub, daha 12% ölkə isə belə strategiyanın yaradılması ilə məşğuldur.

Hesabata əsasən Azərbaycan dünya reytinqdə 48-ci yerdə qərarlaşıb.

Rusiya siyahıda 10-cu, Türkiyə 43-cü, İran 59, Ermənistan isə 111-ci yerdədir.

Reytinqdə ilk pilləni Sinqapur tutub. İkinci və üçüncü pillədə isə müvafiq ABŞ və Malayziya tutur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Azərbaycan   Ermənistan  





Xəbər lenti