Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası - FOTOLAR

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası - FOTOLAR
  07 İyul 2017    Oxunub:3512
Gürcüstanda “Borçalı, irəli” təşkilatı, ölkənin ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbə Alxanlı faciəsi ilə bağlı Ermənistanın Tbilisidəki səfirliyinin binası qarşısında aksiya keçiriblər.
AzVision.az xəbər verir ki, azərbaycanlı tələbə-gənclər metronun Marcanaşvili stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. İştirakçılar Ermənistan silahlı bölmələrinin törətdiyi növbəti təxribat nəticəsində iki dinc sakin – nənə və 2 yaşlı nəvənin həlak olmasını qətiyyətlə pisləyiblər.



Onlar “Qafqazda sülh olsun”, “Ermənistan işğalçılıq siyasətinə son qoy”, “Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin”, “Reginda sülh, dünyada sülh”, “Mən Zəhrayam” şüarları səsləndiriblər.



Azərbaycanlı tələbələrin hazırladıqları etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub. Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər, numayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.



Teqlər: Gürcüsatn   Etiraz   Aksiya   Alxanlı   Ermənistan  





Xəbər lenti