Daha sonra “G20” liderləri “Terrorla Mübarizə” mövzusunda keçirilən tədbirdə iclasda iştirak ediblər. İclasdan öncə Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan, İngiltərənin baş naziri Tereza Mey və ABŞ prezidenti Donlad Trampın dialoqu diqqət çəkib. Mətbuata qapalı keçirilən iclas təxminən 2 saat davam edib.
Qeyd edək ki, ötən gün sammit ərəfəsində şəhərdə polislə etirazçılar arasında toqquşmalar baş verib. Nəticədə 111 polis xəsarət alıb. Etirazlar bu səhər də davam edib. Polis su şırnağından istifadə etmək məcburiyyətində qalıb. Xeyli sayda avtomobil yandırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


