Vyanada “Bakı Platforması”

Vyanada “Bakı Platforması”
  01 Mart 2013    Oxunub:1615
Vyanada “Bakı Platforması” təqdim edildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə 19-21 dekabr 2012-ci ildə Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekunu olaraq yaradılan “Bakı platforması”, Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda geniş təqdim edilib.

Dövlət Komitəsinin sədri Elşad İskəndərov iki gün ərizində keçirdiyi çoxsaylı ikitərəfli göruşlərdə dinlərarası hörmət əlaqələrinin qurulması naminə çalışacaq və dünyanın aparıcı dini liderlərini sıralarında birləşdirən və Bakı platforması adı ilə yaradılan şəbəkəni tərəf müqabillərinə təqdim edib. Mərkəzi Vyanada yerləşən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Faysal bin Abdulrahman bin Muammar ilə görüşdə Komitə sədri Bakı platformasının müasir dünyada dini liderlərin konkret layihələrin hayata keçirilməsi sahəsində bir araya gələ biləcəklərinin bariz sübutu ola biləcəyini vurğulayıb. Görüşdə Azərbaycanın tolerantlıq modelini tanıdan Komitə sədri bu platformda birləşən din xadimləri vasitəsilə artıq dialoqun sadəcə tolerantlıq səviyyəsindən qarşılıqlı hörmət və əməkdaşlıq səviyyəsinə qaldırılmasının vaxtının gəldiyini qeyd edib. İki qurum arasında əldə edilən razılığa əsasən Azərbaycanın təşəbbüsü olan bu şəbəkənin Vyana mərkəzində birgə təqdimatının keçirilməsi qərarlaşdırılıb.

Bununla belə Komitə tərəfindən nəşri hazırlanmış Bakı platforması və I Bakı Forumu haqqında kitab Vyanada keçirilən Sivilizasiyaların Alyansı Forumunda geniş təqdim olunub. Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu çərçivəsində təşkil edilən stentdə Beynəlxalq Formula bağlı məlumatlar, dərgilər, o cümlədən “Bakı platforması” iştirakçılara təqdim olunub. 2000 iştirakçının qatıldığı Vyana Forumunda nəşr böyük maraqla qarşılanıb. Kitabda yer alan Beynəlxalq Forum iştirakçılarının fikirlərində Azərbaycanda mövcud tolerant mühit, o cümlədən dinlərarası və mədəniyyətlərarası münasibətlər təqdir olunub.

Qeyd edək ki, artıq iki gündür ki, davam edən Forumda bir sıra din və elm adamları "Bakı Platforması” na qoşulacaqlarını açıqlayıblar.



Teqlər:  





Xəbər lenti