Dövlət Komitəsindən I Respublika müsabiqəsi
Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.
Müsabiqə 2012-ci ildə qeydiyyata alınan ixtira patentləri üzrə keçirilir.
Müsabiqəyə 2012-ci ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan milli ixtiraçıların patentləri də təqdim oluna bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir: Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən Ərizə. (Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır), patentin əsli ilə birlikdə surəti, patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sxemi, çertyoju və s.), mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi barədə əsaslandırılmış məlumatlar, patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda), patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPATENT) (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2013-cü il noyabr ayının 1-nə kimi həftənin iş günləri saat 14.30-dan 17.30-dək təqdim edə bilərlər. Daha ətraflı məlumat almaq üçün 449-99-59 nömrəli telefonla AzPATENT-ə (əlaqələndirici şəxs: Alı İsmayılov) müraciət etmək olar.
Teqlər: