Venesueladakı aksiyalarda 96 nəfər ölüb

Venesueladakı aksiyalarda 96 nəfər ölüb
  08 İyul 2017    Oxunub:1391
Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 96-ya çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “Venesuelanın cinayət forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero özünün “Instagram” səhifəsində yazıb.

Onun sözlərinə görə, vətəndaşların çoxu birbaşa aksiyalar zamanı öldürülüb, qalanları isə müxtəlif insidentlər, bədbəxt hadisələr və soyğunçuluq nəticəsində həlak olub.

Ölkənin baş prokuroru Luis Oreqo Diasın yaydığı rəsmi məlumatda isə aksiyalar zamanı 90 nəfərin həlak olduğu bildirilir.

Qeyd edək ki, Venesuelada kütləvi etiraz aksiyaları aprelin əvvəllərindən keçirillir. Buna səbəb Ali Məhkəmənin müxalif Milli Assambleyanın səlahiyyətini məhdudlaşdırması olub. Qərar sonradan ləğv edilib. Lakin müxalifətin tərəfdarları küçələrə çıxaraq məhkəmə üzvlərinin vəzifədən uzaqlaşdırılmalarını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

AzVision.az




Teqlər: Venesuela   Etiraz   Aksiya  





Xəbər lenti