Putin Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirdi
Putin qeyd edib ki, son illər iki ölkə arasında əlaqələrin inkişafı üçün xeyli işlər görülüb.
“Xüsusilə də sizin sərgilədiyiniz mövqe nəticəsində Suriyada həyat əhəmiyyətli dərəcədə yaxşılaşıb. Həm terrorçu qruplaşmalara nəzərə çarpacaq zərbələr vurulub, həm də nizamlanma prosesində əhəmiyyətli irəliləyişlərə nail olunub. Biz sizin mövqeyinizi, həmçinin danışıqlar üzrə bütün həmkarlarımızın mövqeyini yüksək qiymətləndiririk”, - deyə Putin Ərdoğanla görüşdə vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Putin Ərdoğan Rusiya Türkiyə







Vaxtında, Aydın, Lazımlı!


