Üç ölkənin lideri arasında görüş keçirilib

Üç ölkənin lideri arasında görüş keçirilib
  08 İyul 2017    Oxunub:1484
Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.
AzVision.az “Ria-Novosti” yə istinadən xəbər verir ki, görüş Hamburqdakı (Almaniya) “Atlantic” otelində səhər yeməyi kimi baş tutub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı liderlər Ukrayna ətrafında mövcud vəziyyəti və problemin həlli yollarını müzakirə ediblər.

Xatırladaq ki, Ukrayna böhranı müxtəlif formatlarda, əsasən də Rusiya, Almaniya, Fransa və Ukraynanın iştirakı ilə “Normandiya dördlüyü” formatında keçirilən danışıqlarında müzakirə olunur.

AzVision.az



Teqlər: Rusiya   Almaniya   Fransa  





Xəbər lenti