“Efirdəki Tramp real həyatdakından fərqlənir” - Putin

“Efirdəki Tramp real həyatdakından fərqlənir” - Putin
  09 İyul 2017    Oxunub:4744
"ABŞ prezidenti Donald Tramp ilə şəxsi münasibətləri müəyyən edilmiş saymaq olar".

Bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Putinin sözlərinə görə, televizordakı Tramp real həyatdakından fərqlənir. O, həmsöhbətini adekvat şəkildə qəbul edir, informasiyanı tez təhlil edir və qoyulmuş suallara cavab verir.

Bundan əlavə, Putin bildirib ki, Trampla kibertəhlükəsizlik və müdaxilə etməmə üzrə işçi qrupunun yaradılması barədə razılıq əldə edib.

Eyni zamanda prezident qeyd edib ki, bu sahədə birgə iş hər hansı bir spekulyaasiyanın qarşısını almağa kömək edəcək.

AzVision.az


Teqlər: Putin   Tramp   ABŞ   Rusiya  





Xəbər lenti