Mosul İŞİD-dən tam azad edildi

Mosul İŞİD-dən tam azad edildi
  09 İyul 2017    Oxunub:10894
İraqın ikinci böyük şəhəri Mosul İŞİD terror təşkilatından tam azad edilib.
AzVision.az xəbər verir ki, bunu Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

Baş nazir qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib.

Bundan əvvəl terrorla mübarizə bölməsinin döyüşçüləri Tiqr çayı sahilində və şəhərin tarixi yerlərində İraq bayrağını qaldırıblar.

Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrın 17-də başlamışdı.

AzVision.az


Teqlər: İŞİD   Mosul  





Xəbər lenti