Almaniya təyyarələri "İncirlik" hərbi bazasını tərk edir

Almaniya təyyarələri "İncirlik" hərbi bazasını tərk edir
  10 İyul 2017    Oxunub:1236
Almaniya təyyarələri Türkiyənin "İncirlik" hərbi bazasını tərk edir.
RİA Novosti bildirir ki, əvvəlcə yanacaqdoldurma təyyarələri, sonra isə "Tornado" kəşfiyyatçı-bombardmançılar İordaniyaya göndəriləcək.

Bundan başqa, təxminən 260 alman hərbçisi bazanı tərk edəcək.

Ankara tərəfindən "İncirlik" aviabazasına giriş qadağası iyunun 2-də Bundestaqın 1912-1915-ci illərdə Osmanlı imperiyasında "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra qoyulub.

Türkiyə hökuməti buna cavab olaraq Bundestaq nümayəndə heyətinin bazaya girişini qadağan edib. Alman təyyarələrinin "İncirlik"dən çıxarılması haqqında qərar təkrar qadağadan sonra qəbul edilib.(Report)

AzVision.az



Teqlər: Türkiyə   İncirlik   Almaniya  





Xəbər lenti