ABŞ-dan gözlənilməz etiraf: “Müharibəni uduzuruq, problem Ağ Evdədir”

ABŞ-dan gözlənilməz etiraf: “Müharibəni uduzuruq, problem Ağ Evdədir”
  10 İyul 2017    Oxunub:3195
ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsinin rəhbəri Con Makkeyn hesab edir ki, Vaşinqton 2001-ci ildən əməliyyatlar apardığı Əfqanıstanda müharibəni uduzur.
AzVision.az xəbər verir ki, bu barədə senator “CBS” telekanalına müsahibəsində bildirib.

“Bizim strategiyamız yoxdur və biz uduzuruq”, - deyə Makkeyn Əfqanıstana etdiyi səfər barədə çıxışında deyib.

Makkeyn, həmçinin vurğulayıb ki, Əfqanıstanın milli ordusu qəbuledilməz itkilər verir.

Respublikaçı senatorun sözlərinə görə, problemin mənbəyi hazırda xeyli hərc-mərcliyin olduğu Ağ Evdədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Əfqanıstan   Müharibə  





Xəbər lenti