Türkiyəli nazirin Avstriyaya girişinə qadağa qoyulub

Türkiyəli nazirin Avstriyaya girişinə qadağa qoyulub
  10 İyul 2017    Oxunub:1674
Avstriya rəhbərliyi Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı keçiriləcək tədbirlərə qatılmasını qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Mən təsdiqləyə bilərəm ki, xarici işlər naziri Kurts Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə gəlişini qadağan edib”, - deyə Avstraiya XİN-in rəsmi nümayəndəsi ORF radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, planlaşdırılan mərasim olduqca böyükdür, nazirin səfəri Avstriyada təhlükəsizlik və ictimai düzənə təhdiddir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avstriya   Türkiyə   Nazir  





Xəbər lenti