Putin Obama ilə barışdı – VİDEO, FOTOLAR

Putin Obama ilə barışdı – VİDEO, FOTOLAR
  06 Sentyabr 2013    Oxunub:1060
G20 sammiti ərəfəsində bu həftə Moskvada danışıqları ləğv edilən Rusiya və ABŞ prezidentləri gülümsəyərək bir-birinin əllərini sıxıblar.
AzVision.az Euronews-a istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində Sankt-Peterburqda görüşü diqqətdən yayınmayıb. Hər iki prezident gülümsəyərək bir-birlərinin əllərini sıxıblar.

Qeyd edək ki, Suriyadakı vəziyyət Putinlə Obamanı maraqlandıran vacib məsələlərdən biridir. Həmin məsələ eyni zamanda G20 qrupunun iştirakçıları üçün də önəmlidir. Bu barədə danışıqlar Vladimir Putinin təklif etdiyi Konstantinov sarayında qeyri-formal ikitərəfli görüşlərdə şam yeməyi zamanı müzakirə olunacaq.



AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti