"Müharibə variantı daim gündəmdədir" - YAP funksioneri
Bu AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə hesab edir ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın kompleks yanaşması var: “Hesab edirəm ki, münaqişəni bir istiqamətdə həll etmək düzgün olmazdı. Problemin həlli üçün bir tərəfədən beynəlxalq ictimaiyyət məlumatlandırılmalı, digər tərəfdən silahlı qüvvələrimiz gücləndirilməli, hərb variantı daim gündəmdədir”.
"Nəticəsiz danışıqlara davam etməliyikmi?" sualına millət vəkili belə cavab verib: “Eyni zamanda danışıqlar davam etdirilməlidir. Danışıqlardan çəkilmək Azərbaycanın bir sıra hallarda ciddi arqumentlərdən məhrum edə bilər. Danışıqlar gedir. Danışıqların nəticəsiz olması Ermənistanın problemin həllindən qaçdığını göstərir. Həmçinin cəbhə xəttində vaxtaşırı qarşıdurmanın olması isə Azərbaycanın hərb variantından istifadə etməsinin mümkünlüyünü göstərir. Seçim Ermənistanındır. Azərbaycan problemi gec və ya tez mütləq həll edəcək. Bu məsələdə uduzan və uzun müddətli inkişafdan məhrum qalan Ermənistan olacaq”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: YAP Aydın-Mirzəzadə Qarabağ