Məmmədyarovun erməni nazirlə Brüsseldə görüşəcəyi təsdiqləndi - YENİLƏNİB

Məmmədyarovun erməni nazirlə Brüsseldə görüşəcəyi təsdiqləndi - YENİLƏNİB
  11 İyul 2017    Oxunub:3838
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşəcək.
AzVision.az diplomatik mənbələrə istinadən xəbər verir ki, görüş tərəflər arasında əldə olunan razılaşmaya əsasən Brüsseldə keçiriləcək.

Görüş başa çatdıqdan sonra danışıqların nəticələri ilə bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, nazirlərin görüşü ilə bağlı erməni KİV-lərində təzadlı məlumatlar yayılıb.

***
11:30

Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçiriləcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, XİN rəhbərlərinin görüşü Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan öncə yayılan məlumatlarda görüşün Avstriyada keçiriləcəyi bildirilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məmmədyarov   Nalbandyan  





Xəbər lenti