"Qarabağ"ın azarkeşləri Bakı metrosuna ziyan vurub - FOTO

11:49   12 İyul 2017    Oxunub: 1376
"Qarabağ"ın azarkeşləri Bakı metrosuna ziyan vurub - FOTO

Ötən gün Həzi Aslanov - Dərnəgül xətti üzrə hərəkət edən qatarın 1566 saylı vaqonuna sərnişinlər tərəfindən ziyan vurulub.

AzVision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "sərnişinlər" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan və büdcə vəsaiti hesabına alınan vaqona ziyan vurublar.

Onlar vaqonun daxilini və videomüşahidə kamerasını zədələyiblər.





Anar Kəlbiyev
AzVision.az

Teqlər: Qarabağ   Metro    




Rubrikanın digər yazıları