TQDK və Təhsil Nazirliyi birgə qərar verəcək
O, qeyd edib ki, dərsliklərdəki nöqsanlarla bağlı təbii ki, TQDK-nın rəy və təklifləri olur və kitab müəlliflərinin də rəyi nəzərə alınaraq bu nöqsanlar aradan qaldırılır.
Nazir müavinin sözlərinə görə, Təhsil Nazirliyi ilə TQDK arasında razılaşma əldə olunub və birgə portal yaradılacaq. Beləliklə də, dərsliklərdə həm TQDK-nın, həm Nazirliyin, həm müəlliflərin rəyləri nəzərə alınacaq.
`Hazırda konstruktiv dialoqumuz gedir. Düşünürük ki, burada ortaq bir məxrəc əldə ediləcək. Çünki, hər iki qurumun əsas məqsədi dərsliklərin keyfiyyətinin yaxşılaşdırılmasıdır`.
C. Bayramov onu da əlavə edib ki, bu il ilk dəfə olaraq yeni çap olunmuş dərsliklərdə müəlliflik hüquqları nəşriyyata yox, Təhsil Nazirliyinə məxsusdur. Nazirlik rəsmisi bildirib ki, bu da elektron təhsilin təşkilində Nazirliyə kömək edə biləcək.
AzVision.az