“Hillari prezident kimi Putinə daha faydalı olar” - Tramp

“Hillari prezident kimi Putinə daha faydalı olar” - Tramp
  13 İyul 2017    Oxunub:2067
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Hillari Klinton prezident kimi Rusiya prezidenti Vladimir Putinə daha faydalı olardı.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bunu "CBN" telekanalına müsahibəsində deyib.
"Biz dünyada ən güclü ölkəyik və daha da güclənirik. Çünki, mən hərbçilərin pərəstişkarıyam. Məsələn, əgər Hillari prezident olsaydı, silahlı qüvvələrimizdə ixtisarlar olardı, energetika sahəsində bahalaşma qeydə alınardı. Bunlar, Putinin məndə xoşuna gəlmədiyi cəhətdir. Və bu, onun məni istəməməyinin səbəbidir. Çünki mən ilk gündən güclü ordu üçün çalışıram", - Tramp vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Tramp   Putin   Hillari   ABŞ   Rusiya  





Xəbər lenti