Nemtsovun qatillərinə hökm oxundu - 80 il həbs cəzası

Nemtsovun qatillərinə hökm oxundu - 80 il həbs cəzası
  13 İyul 2017    Oxunub:2521
Moskva Dairə Hərbi Məhkəməsi müxalifət lideri Boris Nemtsovun qətlə yetirən killer Zaur Dadayevi 20 il həbs cəzasına məhkum edib.

AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Z. Dadayev leytenant rütbəsindən və “İgidliyə görə” ordenindən məhrum edilib və ona 100 min rubl cərimə kəsilib.
Eyni zamanda qatili hadisə yerindən götürən Anzor Qubaşeva 19 il, onun qardaşı Şahid Qubaşevə 16 il, Boris Nemtsovu izləyən Tamerlan Əsgərxanov 14 il, Həmzət Baxayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Moskva   Qətl   Nemtsov  





Xəbər lenti