Türkiyədə terror planlaşdıran 18 İŞİD-çi tutulub
![Türkiyədə terror planlaşdıran 18 İŞİD-çi tutulub Türkiyədə terror planlaşdıran 18 İŞİD-çi tutulub](https://azvision.az/photos/polis_1499966569.jpeg)
Saxlanılanlardan 17-si Suriya, 1-i isə İraq vətəndaşıdır.
Araşdırma zamanı saxlanılan şəxslərin 15 iyul günü Türkiyənin müxtəlif şəhərlərində genişmiqyaslı qanlı təxribatlar törətmək istədikləri məlum olub. Belə ki, terrorçular 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı keçiriləcək mitinq və tədbirləri hədəf almağı planlaşdırırdı.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az