ABŞ rusiyalı diplomatlara viza vermir

ABŞ rusiyalı diplomatlara viza vermir
  14 İyul 2017    Oxunub:1203
Rəsmi Vaşinqton Rusiya diplomatlarına viza vermir.
AzVision.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, ABŞ ötən ilin dekabr ayında ölkədən çıxardığı Rusiya səfirliyinin əməkdaşlarını əvəz etmək üçün təyin edilən diplomatlara viza vermir.

“Vaşinqton bizim əməkdaşların çıxarılması barədə qərarı ləğv etmədi. Hətta onları əvəz edəcək diplomatlara da viza vermir. Həmçinin müsadirə edilmiş obyektlər hələ də qaytarılmayıb. Rusiyanın diplomatik əmlaklarının qaytarılması məsələsində irəliləyiş olmasa, Moskva əvvəlcədən həm ikitərəfli kanallarla, həm də açıq şəkildə bildirdiyi kimi, ABŞ-a qarşı cavab addımları atacaq”.

Qeyd edək ki, ötən il ABŞ prezidenti Barak Obamanın administrasiyası 2016-ci il dekabrın 29-də seçkilərə müdaxiləyə görə Rusiyanın 35 diplomatını persona non-qrata elan edib və ölkədən çıxarıb.

AzVision.az



Teqlər: XİN   Rusiya   ABŞ  





Xəbər lenti