Vyanada Ermənistana qarşı etiraz aksiyası keçirilib - FOTOLAR
Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Tədbirdə “Erməni işğalına son”, “Qarabağa ədalət” və “Mən Zəhrayam” kimi şüarlar səsləndiriblər.
Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər. (AzərTAc)
AzVision.az
Teqlər: Vyana Ermənistan Alxanlı