Azərbaycan yolları MDB məkanında ən yaxşı yollardı

  06 Sentyabr 2013    Oxunub : 350
Azərbaycan yolları MDB məkanında ən yaxşı yollardı
Dünya İqtisadi Forumu ekspertlərinin hazırladıqları qlobal rəqabətə davamlılıq hesabatının nəticələrinə əsasən, Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar, Ermənistan və Moldova yolları isə ən pis yollar olaraq müəyyən edilib.
AzVision.az xəbər verir ki, bunu «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Yeni Azərbaycan Partiyasına müsahibəsində deyib.

Deputat bildirib ki, yollarının keyfiyyət göstəriciləri meyarlarını yol infrastrukturuna yatırılan sərmayə, yol qovşaqlarının tikintisi, mövcud olan yolların uzunluğunun əhaliyə olan nisbəti və sair amillər təşkil edir.

`Araşdırmaların nəticələrinə görə, Ermənistan mümkün 7 bal üzrə 3,7 balla 144 ölkə arasında 80-ci yeri, qonşu Türkiyə 4,9 balla 43-cü, İran 4 balla 68-ci, Azərbaycan isə 4 balla 67-ci yeri tutmuşdur. Beləliklə Dünya İqtisadi Forumun ekspertləri Azərbaycanda yol infrastrukturunda aparılan islahatları yüksək qiymətləndiriliblər`.

Teqlər: