Zəminə Dünyamalıyeva:`Rəsul Quliyev Milli Şuradan çıxmalıdır`
ACP rəsmisi hesab edir ki, R.Quliyevlə L.Şövkətin Milli Şuradan çıxmasından maraqlı olanlar bu şəxslərin çəki baxımından güclü və potensiallı olması ilə barışa bilmirlər: “Bu onların üzərinə kölgə salır. Onlar bu şəxsiyyətlərin yanında rahat dura bilmirlər. Mən Ali Məclisin sədri kimi də, bir şəxs kimi də deyirəm ki, hər ikisi qaragüruhçuların yanından uzaqlaşsa yaxşıdır. Mən Milli Şuradakılara təklif edirəm ki, Rəsul Quliyevlə, Lalə Şövkətin çıxarılmasını səsə qoysunlar və səsvermə keçirsinlər. Bilirəm ki, hər ikisi ona görə bu addımı atmır ki, “Mili Şuranı dağıtdılar” deyəcəklər. İndi özləri bunu gündəmə gətiriblər. Allah atalarına rəhmət etsin”.
Z.Dünyamalıyeva qeyd edib ki, Milli Şuranı İctimai Palatanın gününə salıblar, buna görə də onun da sonu yoxdur.
“ACP Milli Şuradan istefa verməlidir. Bunun əsaslarını da açıqlamışam. Orda qalıb kimi dəstəkləyirik, axı. Getməyimiz daha yaxşıdır”- deyə ACP rəsmisi bildirib. (publika.az)