Turist avtobusu qəza törədib - 38 yaralı

Turist avtobusu qəza törədib - 38 yaralı
  16 İyul 2017    Oxunub:1669
Türkiyənin Girəsun əyalətində Gürcüstandan olan tələbələri daşıyan turist avtobusu qəza törədib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 38 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Avtobus əvvəlcə işıq dirəyinə, sonra baryerə dəyərək çevrilib.

Qəza ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Gürcüstan   Tələbə   Qəza   Türkiyə  





Xəbər lenti